Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 11:12
Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin "Sinovac" vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı "Sinovac" peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.
Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.
Qeyd edək ki, ölkə hökuməti yalnız "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" vaksinlərini rəsmən tanıyır.