Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda tikinti şirkəti piyada səkisini zəbt etdi? - ƏTRAFLI - VİDEO

Bakıda tikinti şirkəti piyada səkisini zəbt etdi? - ƏTRAFLI - VİDEO

Tarix: 9 Sentyabr 2021 12:38

Bakı Nəqlliyyat Agentliyi Nizami rayonu ərazisindəki parklanma yerlərindən birinin tikinti şirkəti tərəfindən qanunsuz salındığını deyir.  Amma şirkətin baş mühəndisi isə orda yaradılan parklanma yerinin rəsmi sənədinin olduğunu və heç bir qanunsuz hərəkətin olmadığını bildirir. İndi burda kim haqlıdır? Əməkdaşlarımız araşdırıb.

Dayanmaq qadağandır nişanının təsiri altında avtomobillərin park edilməsi üçün yer ayrılıb.

Belə bir məkan paytaxtın Nizami rayonu Tofiq Abbasov küçəsindədir. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev iddia edir ki, piyada səkisi ''Orbita" tikinti şirkəti tərəfindən zəbt edilərək ərazidə qanunsuz parklanma yeri təşkil edilib.

Məsələ ilə bağlı "Orbita" MTK-nın baş mühəndisi Ağanur Mövsümov isə ''Xəzər Xəbər''ə bildirdi ki, onlar həmin ərazidə səkini zəbt etməyiblər. Qaldı ki, ərazidə parklanma yerinin təşkilinə bununla bağlı, 2019-cu ildən icazələrinin olduğunu deyir.

Baş mühəndis həmin ərazinin layihəsini də təqdim edərk bildirdi ki, orada parklanma yerini təşkil etməklə yolda süni sıxlığın qarşısını da almış olurlar. Məsələ ilə bağlı hər iki tərəf məhkəməyə müraciət edəcəklərini deyir.  


Etiketlər:  Bakıda tikinti şirkəti piyada səkisini zəbt etdi ƏTRAFLI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ