Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib

Tarix: 9 Sentyabr 2021 13:18

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.

Sonxeber.net xəbər verir ki, məlumatı "Aysor" yayıb.

O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Rusiyanın Erməsnistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmtri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.


Etiketlər:  Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ