Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 18:00
TƏBİB koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti barədə açıqlama verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, məşhur müğənni süni tənəffüs aparatına qoşulub.
"Yeni Klinika"dan verilən məlumata görə, koronavirusa yoluxan Əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir:
"Ağciyərlərində COVID-lə bağlı ikitərəfli pnevmoniya yaranıb. Ciyərlərində 80 % buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir".
Qeyd edək ki, Y. Zurufçu bu gün "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.