Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasını döydüyü üçün atasını bıçaqladı

Anasını döydüyü üçün atasını bıçaqladı

Tarix: 10 Sentyabr 2021 10:26

Qazax rayonunda oğul atasını bıçaqlayıb.

Sonxeber.net xəbər verir ki, hadisə sentyabrın 9-u axşam saatlarında baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Amil Qurbanova çoxsaylı bıçaq zərbəsi vurulub. Araşdırma zamanı məlum olub ki, A.Qurbanovu oğlu, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.

İlkin məlumata görə, A.Qurbanov sərxoş vəziyyətdə evə gəlib arvadını döyüb. Buna görə də mübahisəyə qoşulan oğlu anasını qorumaq istəyərkən atası ona da hücum edib. Nəticədə 22 yaşlı Xaqan atasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Anasını döydüyü üçün atasını bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ