Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elvin Qurbanlı - Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub - VİDEO

Elvin Qurbanlı - Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub - VİDEO

Tarix: 10 Sentyabr 2021 20:14

Vətən müharibəsində  düşmən üzərində əzmkar qələbədə o da böyük pay sahibidir. 22 yaşlı şəhidimiz Elvin Qurbanlı müharibənin ilk günlərindən Kəlbəcərin azad edilməsinə qədər döyüşlərdə böyük şücaət göstərib. O, ölümündən sonra 3 medalla təltif edilib.

İşğal atında olan torpaqlarımızın azad edilməsi, şəhidlərimizin qisasının alınması onun ən böyük arzularından biri idi. 44 günlük vətən müharibəsində qazanılmış parlaq qələbə sayəsində arzusu çin oldu. Canını isə vətən uğrunda fəda etdi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, müddətdən artıq xidmət edən hərbçi 22 yaşlı Elvin Qurbanlıdan gedir. Vətən müharibəsi başlayanda hərbi hissənin həmlə taborunda olan Elvin manqası ilə birlikdə döyüşlərdə böyük şücaət göstərib. Qəhrəmanımız Kəlbəcər uğrunda gedən döyüşlər zamanı əsgərinin həyatını xilas etmək üçün özünü onun üzərinə ataraq şəhid olub.

Döyüşlər zamanı Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası ilə tez-tez danışar, ondan məsləhətlər alarmış. 

Elvin Qurbanlı ailənin böyük övladı olub. Qardaşı Fərman da Elvinin qəhrəmanlığından ilhamlanaraq gələcəkdə onun kimi cəsur hərbçi olmaq istəyir.  

Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları  ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Elvin Qurbanlı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ