Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2021 20:56
DOST Agentliyində cari ilin avqust ayı ərzində "DOST" mərkəzlərinin fəaliyyəti ilə bağlı hesabat xarakterli iclas keçirilib.
Agentlikdən bildirilib ki, iclasda ötən ay ərzində görülmüş işlər, mərkəzlərdə xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı yeniliklər, həmçinin vətəndaş məmnunluğuna hesablanan fəaliyyətlər müzakirə edilib. Onlayn formatda baş tutan görüşdə mərkəzlərin fəaliyyəti ilə bağlı hesabat dinlənilib. İclasda növbəti aylarda qarşıya qoyulan vəzifələr və onların icrası müzakirə olunub.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov işin daha səmərəli təşkili, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində müvafiq tapşırıqlar verib.