Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əri ilə problem yaşayan Bensu həmkarı ilə səmimi şəkildə görüntüləndi - FOTO

Əri ilə problem yaşayan Bensu həmkarı ilə səmimi şəkildə görüntüləndi - FOTO

Tarix: 11 Sentyabr 2021 03:35

Uşaq sahibi olmaq istəməməsi səbəbiylə həyat yoldaşı Hakan Başla problem yaşayan aktrisa Bensu Soral aktyor Kubilay Aka ilə səmimi şəkildə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fotolarda Bensunun başını Kubilayın çiyninə söykəməsi diqqət çəkib.

Eyni zamanda Hakanın da fenomen Mina Ceranla məkanların birində səmimi şəkildə əyləndiyi iddia olunub.

Bensu və Hakan haqlarında çıxan xəbərləri isə təkzib edib:

"Yayılan xəbərlər həqiqətə uyğun deyil. Yazıda adı çəkilən şəxs, hər ikimizin çoxdan tanıdığımız və birlikdə vaxt keçirdiyimiz dostumuzdur... Hazırda evliliyimizlə bağlı həssas bir dövrdən keçirik. Bir az zamana və həssaslığınıza ehtiyacımız var".

Qeyd edək ki, Bensu və Kubilay sonuncu dəfə "Cam tavanlar" serialında baş rolları canlandırıb.

Milli.Az


Etiketlər:  Əri ilə problem yaşayan Bensu həmkarı ilə səmimi şəkildə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ