Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 10:52
2013-2014-cü illərdə Ukraynada ABŞ-ın əsas vəzifəsi Krımın tamamilə özəlləşdirilməsi idi.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş senator Frans Klintseviç deyib.
"Bəlkə də bəzi çimərliklər və sanatoriyalar Krımda qalacaqdı, amma orada nəhəng hərbi obyektlərin inşası da planlaşdırılırdı, NATO gəmiləri, nəhəng radar və kosmik müşahidə mərkəzləri olacaqdı, Qara dəniz sahilinin yarısı tamamilə nəzarət altına alınacaqdı", - o bildirib.
Klintseviçin sözlərinə görə, Vaşinqton o zaman çox şeyi hesablamırdı - ilk növbədə Krımın Rusiyaya birləşməsi və Donbasdakı münaqişə:
"Bu gün ABŞ taktiki olaraq qazandı, amma strateji olaraq məğlub oldu. Onlar Ukraynanı saxlaya bilməzlər. Uçuruma sürüşdüyü üçün orada heç bir inkişaf yoxdur. Ukrayna Rusiyasız inkişaf edə bilməz, heç kimə lazım deyil".