Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britni Spirs ərə gedir

Britni Spirs ərə gedir

Tarix: 14 Sentyabr 2021 08:10

39 yaşlı amerikalı pop ifaçı Britni Spirs 5 ilə yaxındır sevgili olduğu 27 yaşlı Sem Asqari ilə nişanlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib.

Spirs paylaşdığı videoda bahalı üzüyünü nümayiş etdirib.

Müğənninin nişanlısı iranlı mühacirin oğludur, personal fitnes məşqçi və aktyor kimi çalışır.

Xatırladaq ki, Spirs və Asqari 2016-cı ildə "Slumber Party" klipinin çəkilişlərində tanış olublar.

Milli.Az


Etiketlər:  Britni Spirs ərə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ