Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəyə dolu düşüb - Faktiki hava

Gədəbəyə dolu düşüb - Faktiki hava

Tarix: 14 Sentyabr 2021 11:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, Xidmətin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib. Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.


Etiketlər:  Gədəbəyə dolu düşüb Faktiki hava


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ