Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaqub Zurufçunun vəfatı ilə bağlı nekroloq yayıldı

Yaqub Zurufçunun vəfatı ilə bağlı nekroloq yayıldı

Tarix: 14 Sentyabr 2021 22:44

Mədəniyyət Nazirliyi Əməkdar artist Yaqub Zurufçunun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.

Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.

Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan "Ayrılıq" mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!"

Milli.Az


Etiketlər:  Yaqub Zurufçunun vəfatı ilə bağlı nekroloq yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ