Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 11:02
İran Prezidenti 2015-ci ildə imzalanan nüvə razılaşması ilə bağlı danışıqlara rəhbərlik edən və nüvə danışıqlarında təcrübəli hesab edilən ölkənin xarici işlər nazirinin müavini Abbas Araqçını vəzifəsindən azad edib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu barədə İran KİV-i yazıb.
Onun yerinə danışıqlarda daha sərt mövqe tutan diplomat Əli Bağeri Kani təyin edilib.
Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini təyin olunan Bağeri, 2007-2013 -cü illərdə keçmiş prezident Mahmud Əhmədinejadın rəhbərliyi altında İran və Qərb arasında nüvə danışıqlarına rəhbərlik edirdi. O, Ayətullah Əli Xamneyinin qohumudur.