Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AMEA-nın müxbir üzvü vəfat etdi

AMEA-nın müxbir üzvü vəfat etdi

Tarix: 17 Sentyabr 2021 11:30

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev vəfat edib.

AMEA-dan Milli.Az-a bildirilib ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. O, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətə başlayıb, böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifələrində çalışıb.

A.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  AMEA nın müxbir üzvü vəfat etdi


RƏYLƏR