Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 11:40
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var.
Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur.
Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb.
Bu tədbirlərin koronavirusun "Delta" variantının ölkədə yayılmasının qarşısını almağa kömək edəcəyi güman edilir.