Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 18:33
Bakı. Ləman Zeynalova - Trend:
Böyük Britaniyanın “Petrofac” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış birgə müəssisə Azərbaycanda “Total” (Fransa) və SOCAR-ın kəşfiyyat və hasilat fəaliyyətinə dəstək üçün mühəndis və texniki xidmətlər üzrə müqavilə əldə edib.
Trend bu barədə “Petrofac”a istinadən məlumat verir.
Qeyd olunur ki, müqavilə 12 aylıq müddəti əhatə edir:
“Uzatma imkanı olan müqavilə Xəzər dənizində, Bakıdan 100 kilometr cənubda yerləşən “Abşeron” qaz yatağında birgə müəssisənin fəaliyyətini dəstəkləyəcək”.
“Petrofac”ın şərq bölməsinin idarəedici direktoru Mani Racapati bildirib ki, bu müqavilə Xəzər regionunda şirkətin mövcudluğunu daha da möhkəmləndirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin