Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2021 18:54
"Taliban" Hərəkatı qızların məktəbə getməsinin əleyhinə deyil, ancaq bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu "Spiegel" nəşrinə müsahibəsində "Taliban"ın təmsilçisi Zabiulla Mücahid bildirib.
"Taliban"ın təmsilçisi deyib ki, hazırda universitetlərdə qızlar təhsil alır, nəqliyyat təhlükəsizlikləri təmin olunub: "Qızların və qadınlar üçün bütün sahələrdə, o cümlədən təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək".