Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dmanisidə yenidən zəlzələ olub

Dmanisidə yenidən zəlzələ olub

Tarix: 19 Sentyabr 2021 20:34

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 18.34 radələrində baş verən 3 maqnitudalı zəlzələni ocağı Dmanisi şəhərindən 25 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, son dövrlər bu bölgədə onlarla zəlzələ qeydə alınıb. Bu zəlzələlər dağıntılara yol açmayıb. İndiyə qədər bölgədə baş verən ən güclü - 5,1 maqnitudalı zəlzələ avqustun 16-da qeydə alınıb.


Etiketlər:  Dmanisidə yenidən zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ