Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nəticəni ədalətli hesab etmək olar" - Elşad Əhmədov

Tarix: 19 Avqust 2019 22:24

"Çempionatın ilk oyunu idi. Həqiqətən çətin oldu. Futbolçularda həyəcan var idi. Rəqibin "Neftçi" olması buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan nəticəni ədalətli hesab etmək olar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqanın ilk turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

49 yaşı mütəxəssis futbolçusu Cavid İmamverdiyevin hazırlığının yerində olduğunu bildirib: "Cavid topu saxlaya bilən oyuçudur. Bəlkə də, həyəcanla bağlıdır".

O, bu heyətlə qarşıya qoyulan hədəfə çata biləcəylərinə inandığını söyləyib: "Ya çempionat vasitəsi ilə, ya da ölkə kubokunu qazanaraq Avropa Liqasına getmək istəyirik".

 


Etiketlər:  Nəticəni ədalətli hesab etmək olar Elşad Əhmədov


RƏYLƏR