Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Surinamın vitse-prezidenti 60 yaşında meydana çıxdı

Surinamın vitse-prezidenti 60 yaşında meydana çıxdı

Tarix: 22 Sentyabr 2021 19:48

KONKAKAF Liqasında qeyri-adi hadisə baş verib.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, qitəmiqyaslı klub turnirində meydana 60 yaşlı futbolçu çıxıb.

Bu, Surinam "İnter"i ilə Honduras "Olimpiya"sı arasında matçda baş verib. Surinamın vitse-prezidenti və "İnter"in prezidenti olan Ronni Bryunsviyk start heyətində meydana çıxaraq 54 dəqiqə oynayıb.

Onun şərəfini qoruduğu "İnter" 0:6 hesabı ilə uduzub. Maraqlıdır ki, "İnter"in ev oyunlarını keçirdiyi stadion da məhz 60 yaşlı siyasətçinin adını daşıyır.

Bryunsviyk KONKAKAF Liqası tarixinə ən qoca oyunçu kimi düşüb. O, əvvəllər də "İnter"in qitəmiqyaslı turnirlərdəki oyunlarında meydana çıxıb.

Qeyd edək ki, qalmaqalları ilə də yadda qalan klub prezidenti bir neçə dəfə uzunmüddətli diskvalifikasiya alıb.


Etiketlər:  Surinamın vitse prezidenti yaşında meydana çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ