Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 12:56
Bakı. Samir Əli - Trend:
Bakıda metroda problem yaranıb.
"Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib.
Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.
B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin