Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

Tarix: 20 Avqust 2019 13:10

Bakı. Trend:

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Etiketlər:  MiQ 29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ