Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin qayıdacağı tarix AÇIQLANDI

Messinin qayıdacağı tarix AÇIQLANDI

Tarix: 24 Sentyabr 2021 15:04

PSJ-nin hücumçusu Lionel Messinin məşqlərə başlayacağı tarix müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı superulduz sabahdan kollektivə qoşula biləcək.

"Lion"la qarşılaşmada sol dizindən zədə alan və "Metz"lə oyunu buraxan 34 yaşlı forvardın "Monpelye" ilə matçda da iştirakı gözlənilmir. Çünki PSJ "Monpelye" ilə məhz sabah üz-üzə gələcək. Bu üzdən məşqçilər korpusu onu riskə atmaq istəmir. Baş məşqçi Maurisio Poçettino həmyerlisinin Çempionlar Liqasında "Mançester Siti" ilə keçiriləcək qarşılaşmaya hazır olmasını istəyir.

Qeyd edək ki, PSJ - "Mançester Siti" görüşü sentyabrın 28-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Messinin qayıdacağı tarix AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ