Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 11:26
Ukraynanın Qara dənizdə Rusiyanı məğlub etmək üçün üç bənddən ibarət planı yerinə yetirməsi lazımdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın vitse-admiralı Sergey Qayduk bildirib.
O qeyd edib ki, ilk növbədə Kiyev dəniz siyasətini formalaşdıran bir qurum yaratmalıdır. İdarəetmə səviyyəsi nazirlik səviyyəsindən yüksək və xüsusi statuslu olmalıdır. Bundan sonra Ukraynanın bütün normativ-hüquqi bazanı beynəlxalq standartlara uyğunlaşdırması lazımdır.
Üçüncü bənd isə beynəlxalq tərəfdaşlardan ən son dəniz silah modellərini almaq və Ukraynada istehsalına başlamaqdır.