Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Plastiklər planet üçün zərərsiz hala gətirilib - FOTO

Plastiklər planet üçün zərərsiz hala gətirilib - FOTO

Tarix: 25 Sentyabr 2021 12:50

Britaniyalı alimlər planet üçün zərərsiz olan və parçalanan plastik materiallah istehsal etməyi öyrənib. Bu işlə məşğul olan "Polymateria" startapı artıq Asiyada populyarlaşmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkətdən bildirilir ki, dünyada ilk dəfə onlar bazarlara bioloji olaraq tamamilə parçalana bilən plastik təklif ediblər.

"Polymateria" məhsulları parçalanarkən onlarda mikroplastiklər (uzunluğu beş millimetrdən az olan hissələr) qalmır, onların istehsalı və məhvi üçün xüsusi avadanlıq tələb edilmir. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, kauçuklar, yağlar və quruducular da daxil olmaqla plastikə 10-dan çox kimyəvi maddə əlavə olunur, hansı ki, sonradan onlar plastik polimerləri parçalayır, materialı muma çevirir. Təbii mühitdə mum bakteriya və göbələklər tərəfindən tamamilə həzm olunur.

Nazik qablaşdırma materiallarının cəmi 226 gün ərzində çürüdüyü bildirilir (müqayisə üçün poliqonda tipik plastik torbanın parçalanması təxminən min il çəkir).

Bundan əlavə, bu cür məhsullar yenidən istifadəyə verilə bilər.

Milli.Az


Etiketlər:  Plastiklər planet üçün zərərsiz hala gətirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ