Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusa ən az yoluxan ölkələr - FOTO

Dünyada koronavirusa ən az yoluxan ölkələr - FOTO

Tarix: 27 Sentyabr 2021 12:36

Dünyada bu günə kimi 232,603,611 nəfərdə COVID-19 virusu aşkarlanıb.

Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, bu rəqəmlər onlayn statistikada öz əksini tapıb.

Virusdan 4,761,967 insan həyatını itirib. Ümumi sağalanların sayı isə 209,240,766 nəfər təşkil edir.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (43,750,983 nəfər), Hindistan (33,678,786 nəfər), Braziliya (21,351,972 nəfər), Böyük Britaniya (7,664,230 nəfər) və Rusiyadır (7,420,913 nəfər).

COVID-19 virusuna ən az yoluxan ölkələrin ilk beşliyində isə bu ölkələr qərarlaşıb:

1. Mikroneziya - 1 nəfər yoluxub və sağalıb.

2. Saint Helena - 2 nəfər yoluxub və sağalıblar.

3. Samoa - 3 nəfər yoluxub və sağalıblar.

4. Marşal adaları - 4 nəfər yoluxub və sağalıblar.

5. Vanuatu - 4 nəfər yoluxub, biri ölüb, 3-ü sağalıb.


Etiketlər:  Dünyada koronavirusa yoluxan ölkələr FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ