Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 20:32
Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə COVID-19 pasportu olmaması səbəbilə buraxılmayan müəllimlər haqqında məlumat verib.
Sonxeber.net xəbər verir ki, nazirlikdən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyani tədris prosesinin başlandığı sentyabr ayının 22-dən bu günədək belə bir fakt qeydə alınmayıb.
Qeyd edək ki, sentyabrın 22-dən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Sentyabrın 29-dan isə digər siniflər və ali təhsil müəssisələrində tədris əyani formada başlayacaq. Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na əsasən, təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVİD-19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.