Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qobuda silahlı münaqişəyə cəhd edən şəxs tutulub - Çinayət işi açıldı

Qobuda silahlı münaqişəyə cəhd edən şəxs tutulub - Çinayət işi açıldı

Tarix: 20 Avqust 2019 17:24

Bakı. Samir Əli - Trend:

Avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Qobuda silahlı münaqişəyə cəhd edən şəxs tutulub Çinayət işi açıldı


RƏYLƏR