Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə polisi öldürən ''Müsəlman Qardaşlar''nın 3 üzvünə edam hökmü verilib

Misirdə polisi öldürən ''Müsəlman Qardaşlar''nın 3 üzvünə edam hökmü verilib

Tarix: 28 Sentyabr 2021 11:32

Misir məhkəməsi polis serjantını öldürdüyünə görə ölkədə qadağan olunmuş "Müsəlman Qardaşlar" terror təşkilatının üç üzvünə edam cəzası verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki,  bu barədə "Axbar əl-Yom" portalı məlumat yayıb.

Qeyd edək ki, hadisə 2015-ci ilin mart ayında Əl-Mansur şəhərində Dakahliyya əyalətində baş verib.

Xidmətdən qayıdan polisə 19 terrorçu tərəfindən 100-dən çox atəş açılıb. Polis hadisə yerində ölüb. Yaxınlıqda olan daha bir neçə yerli sakin yaralanıb.

Terrorçulardan yeddisi hələ də axtarışdadır. "El-Mansoura" məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən 9-una ömürlük həbs cəzasına (25 il Misirdə), biri 10 il həbs cəzasına məhkum edilib. 6 nəfərə barəsində isə bəraət hökmü çıxarılıb.


Etiketlər:  Misirdə polisi öldürən Müsəlman Qardaşlarnın üzvünə edam hökmü verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ