Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq Artisti İsraildə dəfn olundu

Xalq Artisti İsraildə dəfn olundu

Tarix: 28 Sentyabr 2021 17:30

Məşhur "Qaya" vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti, Xalq artisti Teymur Mirzəyev İsraildə dəfn olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev bildirilib.

T.Mirzəyev dünən dəfn edilib.

Qeyd edək ki, o, sentyabrın 26-da vəfat edib.

Xatırladaq ki, Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə "Qaya" vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan "Qaya" kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

T.Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb.


Etiketlər:  Xalq Artisti İsraildə dəfn olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ