Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyada keçidi aşıb: İki sürücü öldü - VİDEO - FOTO

Piyada keçidi aşıb: İki sürücü öldü - VİDEO - FOTO

Tarix: 28 Sentyabr 2021 20:20

Perm-Yekaterinburq yolunda piyada keçidi avtomobillərin üzərinə aşıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ölənlər var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurbanlar iki yük maşınının sürücüləridir.

"Yol qəzası nəticəsində hər iki sürücü aldıqları xəsarətdən hadisə yerində ölüb. Hazırda federal magistral yolunun bir hissəsi hər iki istiqamətdə bağlanıb", - deyə məlumatda bildirilir.

İlkin məlumata görə, hadisəyə səbəb yük maşını sürücüsünün kuzovu endirməməsi və onun yerüstü piyada keçidinin strukturuna toxunması olub. Nəticədə keçid "MAN"-ın və əks istiqamətdə hərəkət edən "Qazel"in üzərinə düşüb.

Milli.Az


Etiketlər:  Piyada keçidi aşıb İki sürücü öldü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ