Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 11:14
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə şəxsi görüşdə tarixi bir razılaşmaya imza ata bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli professor Həsən Ünal Ərdoğan və Putinin bu gün Soçidə baş tutacaq görüşü haqda deyib.
"Liderlərin saziş bağlayacaq bir şeyləri yoxdursa, Ərdoğan kimi bir siyasətçi niyə şəxsən Soçiyə gedir? Açıqca təsəvvür olunan bir şey var, düşünürəm ki, bu bir razılaşmadır. Ölçüsünü qiymətləndirmək çətindir, amma kifayət qədər böyük bir şey gözləyirəm", - professor vurğulayıb.
Politoloq Türkiyə ilə Rusiya arasında gələcək razılaşmada Suriya ilə bağlı bir növ kompromisin ola biləcəyini istisna etməyib:
"Anlaşma Yaxın Şərqdə, Aralıq dənizi, Qara dəniz bölgəsində və Qafqazda tarazlığı qorumaq məqsədi güdür".
Qeyd edək ki, cari ilin iyul ayında H.Ünal Moskvanın Şimali Kipri müstəqil dövlət kimi tanıması müqabilində Krımla bağlı bir müqavilə bağlana biləcəyini söyləmişdi.