Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda su təminatı yaxşılaşdırılır - VİDEO

Sabirabadda su təminatı yaxşılaşdırılır - VİDEO

Tarix: 29 Sentyabr 2021 14:12

İstismar müddətini tamamlamış su kanalı yeni novlarla əvəz olunur

Milli.Az Real TV-yə istinadən bildirir ki, Sabirabad rayonunun Qaratəpə kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması davam edir. Bu məqsədlə kəndin əkin sahələrinin suvarılmasında uzun illər istifadə olunan və artıq istismar müddətini tamamlamış qaragöz latok 1 kanalı yeni novlarla əvəz olunur. Bu məqsədlə latok 1 kanalı əsaslı şəkildə yenidən qurulur. Bu kanal hesabına 450 hektardan artıq əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bununla da suvarmada ən böyük problemlərdən olan su itkisinin, qarşısı alınacaq. Təsərrüfat sahibləri və fermerlər əkin sahələrini daha səmərəli suvara biləcəklər.

Qaragöz latok 1 kanalının ümumi uzunluğu 3 min 725 metrdir. Bu kanalın yeni novlarla əvəz edilməsinə ötən il başlanılıb. Proses üç mərhələdə həyata keçirilib. Birinci mərhələdə 1.1 km, ikinci mərhələdə 1.3 km, üçüncü - yəni hazırki mərhələdə isə 400 metr hissəsi əsaslı şəkildə yenidən qurularaq təsərrüfat sahibərinin istifadəsinə veriləcək. Kanalın əsaslı şəkildə yenidən qurulmuş hissəsində ümumilikdə 7 hidrotexniki qurğu fəaliyyət göstərəcək. Yeni nov kanalın əvvəlkindən daha bir üstünlüyü isə suötürmə qabiliyyətinin yüksək olmasıdır.

Qeyd edək ki, Qaratəpə kəndində təsərrüfat sahiblərinin suvarma suyuna əlçatanlığının təmin edilməsi məqsədi ilə görülən işlər bununla yekunlaşmır. Belə ki, Qaragöz latok 1 kanalını suvarma suyu ilə təmin edən Qaragöz kanalı isə lildən təmizlənilir.

Ümumilikdə 10 km uzunluğu olan Qaragöz kanalının artıq böyük bir hissəsində bu işlər tamamlanıb. Yaxın vaxtlarda isə kanalın tam olaraq lildən təmizlənməsi yekunlaşacaq.

Milli.Az


Etiketlər:  Sabirabadda su təminatı yaxşılaşdırılır VİDEO


RƏYLƏR