Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 18:48
Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova ilk dərs günündə atasının qəbrini ziyarət edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, həmin anın görüntüləri sosial şəbəkədə paylaşılıb.
Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olan Aybəniz II Fəxri Xiyabanda atasının məzarını ziyarətə gedərkən ağ xalat geyinib.
Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra "Milli Qəhrəman" adı verilib.