Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 21:42
İtaliyanın səhiyyə naziri Roberto Speranza, Avropa Birliyi xaricində bir sıra ölkələrlə eksperimental əsaslarla və xüsusi protokollarla turizm dəhlizlərinin təhlükəsizliyini müəyyən edən fərman imzaladı. Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Söhbət Maldiv adalarından, Mavritaniyadan, Seyşel adalarından, Dominikan Respublikasından, Misirdən (yalnız Şarm əş-Şeyx və Marsa Alam şəhərlərindən) və Arubadan gedir.
İtaliyaya turist girişi Avropa İttifaqı ölkələrindən, eləcə də İngiltərədən, ABŞ -dan, Yaponiyadan və Kanadadan COVİD-19 test sertifikatı ilə mümkündür.