Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq

Tarix: 29 Sentyabr 2021 22:04

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin ilk partiyası Gürcüstana yaxın günlərdə gətiriləcək.

İkinci partiyanın isə ölkəyə oktyabr ayının ikinci yarısında gətiriləcəyi gözlənilir.

Nazir müavini bildirib ki, hər iki preparat koronavirusa yoluxan pasiyentin vəziyyətinin ağırlaşması riskini kəskin şəkildə azaldır.

"Bu dərman vasitələrindən - baritsitinib və monoklonal anticisimlərdən hələlik ABŞ, Böyük Britaniya və İtaliyada istifadə olunur. Gürcüstan bu iki preparatın tətbiq olunacağı ilk ölkələrdən biri olacaq", - deyə, T.Qabuniya vurğulayıb.

Bildirilib ki, bu preparatların ölkəyə gətirilməsi koronavirusa yoluxma və ən əsası bu virusdan ölüm hallarının kəskin azalmasına səbəb olacaq.

Gürcüstanda son sutkada daha 1 929 nəfər koronavirusa yoluxub, 1914 nəfər müalicə olunub, 33 pasiyent isə pandemiyanın qurbanı olub. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 611 269-a, müalicə olunaraq sağalanların sayı 582 805-ə, vəfat edənlərin sayı isə 8 917-yə çatıb.


Etiketlər:  Gürcüstan koronavirus əleyhinə yeni preparat alacaq


RƏYLƏR