Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta PCR testlə səyahətə çıxan turistləri Avropa Birliyi həbslə hədələdi

Saxta PCR testlə səyahətə çıxan turistləri Avropa Birliyi həbslə hədələdi

Tarix: 30 Sentyabr 2021 16:30

Avropa Birliyi saxta PCR testlər istifadə edən turistlərə xəbərdarlıq ediblər, bu hallarda onları cərimələrin, hətta həbs cəzasının gözlədiyini də bildiriblər. 

Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, bu ilin əvvəlində saxta COVID-19 testləri ilə maşın sürməyə çalışan üç səyahətçi, Belçika hüquq-mühafizə orqanlarının qərarı ilə günahkar bilinərək altı ay həbs cəzasına məhkum edildilər. Brussels Times yazır ki, üstəlik onlara 1600 avro cərimə də kəsilib.

"Hökumətin koronavirus infeksiyasının qarşısını almaq siyasəti bu sənədlərin həqiqiliyindən asılıdır. Buna görə də biz bu cür cinayətlərə qarşı dözümsüzük ",- SchengenVisaInfo açıqlama verib.

Bu ilin fevral ayında Avropa Birliyi saxta COVID-19 test sənədlərinin satışına dair xəbərdarlıq edib. COVID-19 pandemiyası çərçivəsində bir çox ölkələr koronavirusun yayılmasının qarşısını almaq üçün qadağalar və məhdudiyyətlər də daxil olmaqla qabaqlayıcı tədbirlər görürlər. 

Sərt tələblər, səyahətçiləri bu sənədləri xaricə səyahət etmək üçün almağa məcbur edir, eyni zamanda onları əldə etmək üçün qanunsuz üsulları seçənlər də var. Oxşar saxtakarlıq halları Rumıniya və İtaliya səlahiyyətliləri tərəfindən də ortaya çıxarıldı. Məsələn, İtaliya polisi turistlərə COVID-19 saxta rəqəmsal sertifikatları almağı təklif edən fırıldaqçıların gizli sxemlərini ortaya çıxartdı. Üstəlik, işin istintaqının gedişatında, çoxlu sayda italiyalının saxta peyvənd sertifikatı və ya PCR test üçün pul ödəməyə hazır olduğu ortaya çıxdı. 


Etiketlər:  Saxta testlə səyahətə çıxan turistləri Avropa Birliyi həbslə hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ