Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlament onu ölkənin rəsmi başçısı hesab etmədi

Parlament onu ölkənin rəsmi başçısı hesab etmədi

Tarix: 1 Oktyabr 2021 10:00

Barbados Parlamentinin Aşağı Palatası konstitusiyaya Böyük Britaniya Kraliçası II Elizabetin artıq Karib ölkəsinə rəhbərlik etməyəcəyi ilə bağlı dəyişiklikləri yekdilliklə dəstəkləyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, noyabrın 30-dan etibarən ölkə rəsmən parlament respublikasına çevriləcəк.

Barbados Böyük Britaniyanın başçılıq etdiyi Birlik daxilində müstəqil dövlətdir. Dövlət başçısı general-qubernator tərəfindən təmsil olunan Böyük Britaniya Kraliçasıdır.

287 000-dən çox sakini olan Barbados Karib dənizinin şərq hissəsində yerləşir. Ölkə 1966-cı ildə müstəqillik qazanıb.


Etiketlər:  Parlament ölkənin rəsmi başçısı hesab etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ