Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 11:02
Ermənistanda mühacirət artıq milli fəlakət həddinə çatıb. Əhali artıq baş anzir Nikol Paşinyanın vəd etdiyi firavanlığa, xoşbəxt gələcəyə inanmır. Yollar açılan kimi ölkədən qaçıb getmək istəyənlərin sayı sürətlə artır.
"Joxovurd" qəzeti yazır ki, bu ilin yanvar-avqust aylarının nəticələrinə görə, 64 076 vətəndaş hava yolu ilə Ermənistanı tərk edib və bir daha geri qayıtmayıb. Bu ilin 8 ayı ərzində Şirak hava limanından 42141 nəfər uçub, 26118 nəfər geri qayıdıb, yəni 16023 sərnişin azdır.
Təyyarə ilə uçan və geri dönməyən vətəndaşların sayının mühacirət mənzərəsini tam əks etdirdiyini söyləmək olmaz, çünki bir çox vətəndaşlar quru yolunu üstün tutur. Tam açılsa, bu rəqəm əhəmiyyətli dərəcədə artacaq. Digər tərəfdən, Gümrü hava limanı iyulun 15-dən sentyabrın 15-dək işləməyib. Qəzet əslində hava limanının təmirə bağlanıldığını, gələcəkdə hərbi məqsədlər üçün istifadə edilməsi üçün hərbi təyyarələrə də xidmət göstərəcəyini yazıb. "Hazırda hava limanı açıqdır, istismar olunur və yaxın gələcəkdə bu rəqəm də dəyişəcək ", - qəzet yazıb.
Kamran Seyidov