Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 13:45
Müğənni Xatirə İslam ötən gün dünyasını dəyişən Səyyad Əlizadə ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi koronavirusa yoluxan həmkarının sağalması üçün qurban dediyini bildirib:
"Səyyad müəllim, sizin xəbər məni çox pis hala saldı. Allah sizə rəhmət eləsin. Sağalmağınıza qurban demişdim, həyatda ilk dəfə qurbanım qəbul olmadı. Sizin dünya boyda ürəyiniz var idi. Çox heyif sizdən".
Qeyd edək ki, S.Əlizadə ötən gün 63 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İfaçı koronavirusa yoluxmuşdu.