Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Su kanalları beton üzlüyə alınır - VİDEO

Su kanalları beton üzlüyə alınır - VİDEO

Tarix: 1 Oktyabr 2021 14:14

Uzunluğu 2100 metr olan torpaq kanal beton kanalla əvəz edilir

Torpaq mülkiyyətçiləri və femerləri vaxtında, itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən rayonunda mövcud olan torpaq məcralı kanallar beton üzlüyə alınır. Hazırda işlər Zarat kəndi ərazisində davam etdirilir. Burada uzunluğu 2100 metr olan torpaq kanal beton kanalla əvəz edilir. İşlər yekunlaşdıqdan sonra ərazidə 100 hektardan artıq sahəsinin suvarma suyu ilə təminatı daha da yaxşılaşacaq.

Həçminin Siyəzən Susarma sistemləri idarəsinin əməkdaşları tərəfindən torpaq kanalların lil və kol-kosdan təmizlənməsi işləri mütamadi olaraq davam etdirilir. Bununla yanaşı hidrotexniki qurğularda və qapalı kanallarda təmir işləri görülür.

Milli.Az Real TV-yə istinadən bildirir ki,  Siyəzən rayonunda 12-min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı,Taxtakörpü-Ceyranbatan kanalı,Gil-gilçay və Ataçay çaylarıdır. Sahələr suyu vaxtında və itkisiz çatdırmaq məqsədilə son dövrlər rayonda 1685-ədəd hidrotexniki qurğu,198-min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə,üzərində 118 ədəd hidrotexniki qurğu olan 24103 m uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26-kilometr açıq,121-kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.

Milli.Az


Etiketlər:  Su kanalları beton üzlüyə alınır VİDEO


RƏYLƏR