Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı aparıcı Speys TV-ni tərk etdi

Qalmaqallı aparıcı Speys TV-ni tərk etdi

Tarix: 4 Oktyabr 2021 09:25

Aparıcı Turan İbrahimov Speys TV-dən ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı öz sosial şəbəkə hesabında yazıb:

"Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm Speys TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib.

Gələcək nə gətirəcək, bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm.

Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, media və kommunikasiya mütəxəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir".

Milli.Az


Etiketlər:  Qalmaqallı aparıcı Speys tərk etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ