Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dost və qardaş ölkə'' - İranın Ermənistan səfiri Ermənistana belə qiymət verdi

''Dost və qardaş ölkə'' - İranın Ermənistan səfiri Ermənistana belə qiymət verdi

Tarix: 5 Oktyabr 2021 09:40

"Dost və qardaş ölkə" - bəli, bu sözləri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, məscidləri xarabalığa çevirən Ermənistan haqqında müsəlman İranın səfiri bildirib.

Sonxeber.net xəbər verir ki, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə verdiyi açıqlamada Ermənistanı "Dost və qardaş ölkə" adlandırıb. Bu barədə erməni mediası Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb. Danışıqlar zamanı tərəflər yeni regional təhdidləri müzakirə edib. Tərəflər İranın Çabahar limanının həm regional, həm də Ermənistan-İran iqtisadi əlaqələrinin, xüsusən də Qərbi Zəngəzurun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Təhlükəsizlik Şurasının katibi və İran səfiri iki ölkənin Meğri azad iqtisadi zonası çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması layihəsini yüksək qiymətləndiriblər. İranlı diplomat Tehranın ən yüksək səviyyədə dost, qardaş Ermənistanla əlaqələri inkişaf etdirmək üçün səy göstərəcəyini vurğulayıb.

Kamran Seyidov


Etiketlər:  Dost qardaş ölkə İranın Ermənistan səfiri Ermənistana belə qiymət verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ