Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nuri Şahin Superliqa klubuna baş məşqçi təyin olunur

Nuri Şahin Superliqa klubuna baş məşqçi təyin olunur

Tarix: 5 Oktyabr 2021 21:36

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub prezidenti Aziz Çetin "Haber Global"a açıqlamasında komandanı Nuri Şahinin çalışdıracağını bildirib.

O. Türkiyə millisinin sabiq üzvü ilə 5 illik müqavilə imzalayacaqlarını bildirib. Klub rəhbəri 33 yaşlı yarımmüdafiəçinin futbolçu kimi meydana çıxıb-çıxmayacağının özündən asılı olduğunu deyib.

Qeyd edək ki, 2020-ci ildə futbolçu kimi  "Antalyaspor" transfer olunan Nuri Şahinin klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Milli.Az


Etiketlər:  Nuri Şahin Superliqa klubuna baş məşqçi təyin olunur


RƏYLƏR