Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 11:18
Tacikistanda fəaliyyət göstərən "Camaat Ənsarullah" qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, tacik "taliblər"inin rəhbəri Mehdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna nəzarət edir.
Tacikistanla Əfqanıstan arasındakı münasibətlər sentyabrın sonunda pisləşib. Gərginlik Tacikistan Prezidenti İmaməli Rəhmanın BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxışla daha da artıb.