Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 12:34
Salyanda şöbə müdiri öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.
Qeyd edək ki, X. Piriyev 5 ildən artıq idi ki, təhsil şöbəsinə rəhbərlik edirdi.
R. Dadaşova isə bundan öncə Salyan Peşə liseyinin direktoru vəzifəsində çalışıb.