Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 15:50
Riqada Dauqava çayının sağ sahilində yerləşən "Köhnə şəhər"in özəyi Ratuş meydanıdır. Orta əsrlərdə buranı bazar meydanı adlandırırdılar. İkinci Dünya müharibəsi dövründə Ratuşa meydanı praktiki olaraq dağıdılıb. Bu gün meydan və orada olan bütün binalar tamamilə yenidən qurulub.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, Riqa Dumasının iclasları keçirilən Ratuşa bu meydanda yerləşir.
Lakin şəhərin bu hissəsinin əsas bəzəyi Qarabaşlılar Evidir. Parlaq fasadlı, qeyri-adi gözəlliyi ilə diqqəti cəlb edən bu bina Şimali Avropa manyerizmi üslubunda inşa edilib. Onun tavanlarında çəkilmiş rəsmlər görənləri heyran edir. XIV əsrdən etibarən burada yerləşən orijinal ev 1941-ci ildə nasist ordusunun artilleriya atəşi nəticəsində dağılıb, 1999-cu ildə isə elə həmin yerdə yeni bina ucaldılıb.
Qarabaşlılar Evi tarixən subay tacirlər gildiyası üçün nəzərdə tutulurdu. 2012-2015-ci illərdə bu bina Latviya Prezidentinin iqamətgahı olub, 2017-ci ildə isə yenidən turistlər üçün açılıb. Prezidentin dəftərxanası isə digər tarixi kompleksə - 1330-cu ildə əsası qoyulmuş Riqa qəsrinə köçürülüb.
Qarabaşlılar Evinin qarşısında Rolandın heykəli qoyulub. Əlində qılınc və qalxan tutmuş bu cəngavər orta əsrlərdə ədalət rəmzi olub. Elə buradaca öz memarlıq xüsusiyyətlərinə görə ümumi ansambldan seçilən düzbucaqlı şəkildə binanı görmək olar.
Ratuş meydanının yaxınlığında isə Müqəddəs Pyotr Kilsəsi ucaldılıb.