Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışda bu qidalar yeyilməlidir, əks halda... - Həkimdən MƏSLƏHƏT

Qışda bu qidalar yeyilməlidir, əks halda... - Həkimdən MƏSLƏHƏT

Tarix: 8 Oktyabr 2021 23:48

Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edilə bilən yumurta və balıq olmalıdır.

Milli.Az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin yetkin əhaliyə ilkin tibbi-sanitariya yardımı üzrə baş ştatdankənar mütəxəssisi Andrey Tyajelnikov bildirib.

O deyib ki, ilin soyuq aylarında insanın daha çox güc və enerjiyə ehtiyacı olduğu üçün qida rasionu dəyişməlidir:

"Qışda orqanizm günəş işığına ehtiyac duyur, onun enerji sərfiyyatı əhəmiyyətli dərəcədə artır, viruslara və bakteriyalara qarşı müqavimət göstərmək üçün gücü azalır, mübadilə prosesləri yavaşlayır və sürətli yorğunluq yaranır.

Orqanizmin dəyişən iqlim şəraitinin öhdəsindən gəlməsi üçün mütləq zülallar, yağlar, karbohidratlar, vitaminlər, minerallar və lifdən ibarət olan balanslı qida qəbul etmək lazımdır. Qış yeməkləri daha doyurucu və kalorili olmalıdır".

Onun sözlərinə görə, rasiona mütləq zülal və yağ mənbələrinin daxil edilməsi zəruridir:

"Buna görə də soyuq mövsümdə rasionunun təxminən 40%-i ət olmalıdır. Bu bizə enerji verir, əzələ toxumasının itirilməsindən qoruyur, yoluxucu xəstəliklərdən qorunmanı stimullaşdırır. Əti yumurta və balıqla da əvəz etmək olar".

Milli.Az


Etiketlər:  Qışda qidalar yeyilməlidir əks halda Həkimdən MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ