Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mariya Stadnikin medalı oğurlandı - FOTO

Mariya Stadnikin medalı oğurlandı - FOTO

Tarix: 9 Oktyabr 2021 18:54

Azərbaycan güləşçisi Mariya Stadnikin medalı Ukraynada oğurlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, özünün İnstaqram hesabında paylaşım edib. 

Ukrayna əsilli idmançı Pekin-2008 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın oğurlandığını bildirib.

Qeyd edək ki, Mariya Azərbaycan idmanı tarixində ən çox (4) Olimpiya medalı qazanan şəxsdir. Stadnik Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da gümüş, Tokio-2020-də isə bürünc medal əldə edib.

Milli.Az


Etiketlər:  Mariya Stadnikin medalı oğurlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ