Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavira yoluxanların nəzərinə: İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin

Koronavira yoluxanların nəzərinə: İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin

Tarix: 10 Oktyabr 2021 12:00

COVID-19-a yoluxan şəxslərin bir qisminin iki həftə ərzində iybilməsi bərpa olunsa da, bəzilərində bu proses daha uzun müddət tələb edir.

Alimlər iybilmənin bərpasına kömək etmək üçün maraqlı bir araşdırma aparıblar.

Sonxeber.net-ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.

Alimlər 12 həftə ərzində aparılan araşdırmaların nəticəsində bu qənaətə gəliblər. Araşdırma zamanı bəlli olub ki, vitamin A qəbul edən şəxslər yumurtanın, gülün qoxusu kimi spesifik iyləri rahatlıqla hiss edə bilirlər.

Alimlər vitamin A-nın immun sistemi, dəri gözəlliyi, görmə qabiliyyətinə də müsbət təsir etdiyini bildirirlər.

Qeyd edək ki, alimlər iybilmə qabiliyyətinin beyinlə əlaqəsini hələ də öyrənərək bu istiqamətdə fərqli tədqiqatlar aparmağı planlaşdırırlar.


Etiketlər:  Koronavira yoluxanların nəzərinə İybilmənin geri qayıtması üçün vitamini qəbul edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ